Film layihələrinin qəbul müddəti uzadılıb

Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin elan etdiyi 2025-ci il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri müsabiqəsi’’nə müraciətlərin qəbul müddəti 30 oktyabr tarixinədək uzadılıb.

Daha.az xəbər verir ki, müsabiqə milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və təbliğində, milli və vətənpərvərlik ruhunun formalaşmasında əhəmiyyətli rol oynayan, milli kimliyi bədii təsirli forma və nümunəvi obrazlarla nümayiş etdirən filmlərin istehsalının maliyyələşdirilməsi, habelə kino sənayesinin və müvafiq sahə ilə bağlı olan özəl sektorun nümayəndələrinin dəstəklənməsi məqsədi ilə həyata keçirilir.

Daha.az xəbər verir ki, müsabiqəyə yalnız Azərbaycanda qeydiyyatdan keçmiş, kino sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin layihələri qəbul edilir.

 

OXŞAR XƏBƏRLƏR