ABŞ-də süni intellektlə işləyən söhbət botları ucuz və əlçatan “terapiya” vasitəsi kimi getdikcə yayılmaqdadır. Lakin son hadisələrdən sonra bəzi ştatlar bu texnologiyanın psixoloji xidmətlərdə istifadəsini təhlükəli sayaraq məhdudiyyətlər tətbiq etməyə başlayıb.
Daha.az xəbər verir ki, raşdırmaların nəticələrinə əsasən, bəzi chatbotlar istifadəçilərə intihar, şiddət və narkotiklə bağlı zərərli məsləhətlər verir.
Psixiatr Keit Sakata süni intellekt səbəbindən xəstələrdə “Aİ psixozu” adlandırılan halların ortaya çıxdığını, onların halüsinasiyalar yaşadığını bildirib.
Süni intellektin lisenziyasız “terapiya xidmətləri” qadağan edilir. Aİ botları yalnız inzibati işlərdə istifadə oluna bilər. Pasiyentlə birbaşa ünsiyyətdə və qərarvermədə istifadəsinə icazə verilmir.
Psixoloqlar üç əsas riski önə çəkirlər: məxfilik və təhlükəsizlik, xidmətin keyfiyyəti, aldadıcı reklam və məsuliyyət.
Bəzi alimlər isə süni intellektin tam qadağa olunması əvəzinə standartlar və nəzarət mexanizmlərinin qurulmasını təklif edir. Araşdırmalar göstərir ki, peşəkarlar tərəfindən hazırlanmış çatbotlar narahatlıq, siqareti tərgitmə və sağlam vərdişlərin qazanılmasında faydalı ola bilər.
Lakin mütəxəssislər onu da vurğulayır ki, bu texnologiyalar insan terapevtlərin yerini ala bilməz və xüsusilə uşaqların nəzarətsiz istifadəsi ciddi təhlükələr yarada bilər.




