Məşhur obrazların geyimləri hərracda

Məşhur “Downtown Abbey” pərəstişkarları serialda istifadə edilən geyimlərə və əşyalar sahib olacaqlar. 

Daha.az xəbər verir ki, qəhrəmanların tarixi kostyumları, dekorasiyada istifadə olunan mebellər və hətta avtomobil də xeyriyyə hərracında satışa çıxarılıb.

Vayolet Krouli və Meri Krouli obrazlarının dəbdəbəli geyimləri (3000-5000 funt-sterlinq dəyərində), 1925-ci il istehsalı olan “Sunbeam Saloon” avtomobili (25000-35000 funt-sterlinq dəyərində) və şam ağacından hazırlanmış, 18-ci əsr üslubunda böyük masa, ilk sezonun ilk seriyasının aktyorlar tərəfindən imzalanmış ssenarisi (600-800 funt-sterlinq dəyərində) satışa çıxarılıb.

Qeyd edək ki, hərracdan əldə olunan gəlir həyatı məhdudlaşdıran xəstəliklərdən əziyyət çəkən uşaqlara və onların ailələrinə dəstək verən “Together for Short Lives” xeyriyyə fonduna köçürüləcək.

OXŞAR XƏBƏRLƏR