Enrike Vila-Matas Fəxri Mükafata layiq görüldü

Ötən gün Madriddə İspaniya Kraliçası Letiziyanın iştirakı ilə nüfuzlu ədəbi mükafatlardan biri hesab edilən “Premios Zenda”nın təqdimat mərasimi keçirilib.

Daha.az xəbər verir ki, məşhur yazıçı Enrike Vila-Matas “Zenda Fəxri Mükafatı” (Zenda de Honor) ilə təltif edilib.

Yazıçı mükafatını Kraliça Letiziyanın əlindən alıb.

Qeyd edək ki, yazıçı Arturo Perez-Revertenin təsisçisi olduğu “Zenda” platformasının təqdim etdiyi bu mükafat ədəbi yaradıcılıq, nəşriyyatların işi və mütaliənin təşviqi sahəsindəki uğurları qiymətləndirir.

Bu il yeni kateqoriyaların əlavə olunması ilə ümumilikdə 9 əsas kateqoriya (nəsr, poeziya, esse, uşaq ədəbiyyatı və s.) üzrə qaliblər seçilib. Digər qaliblər arasında Pako Serda (nəsr), Şantal Mayar (poeziya) və Anna Kabaye (esse) kimi ispan ədəbiyyatının tanınmış imzaları yer alıb.

OXŞAR XƏBƏRLƏR