Yeni kriminal dram – “Mikrorayon”

Yeni çoxseriyalı bədii film “Mikrorayon” yayımlanacaq. 

Daha.az xəbər verir ki, gələn il İctimai televiziyada yayımlanacaq 12 hissəli serial SFN Prodakşn və İctimai televiziyanın birgə istehsalıdır. Hər hissənin müddəti 50 dəqiqədir.

Layihənin baş prodüseri Sevinc Əliyeva, quruluşçu rejissoru Qulu Əsgərov, ssenari müəllifi isə Gəray Həsəndir. Serialın vizual həllinə quruluşçu operator Vasif Vəlizadə, dekorasiya və ümumi sənət həllinə isə quruluşçu rəssam Vüqar Qurbanov cavabdehdir.

Qeyd edək ki, bir yerdə böyüyən və kriminal aləmə qoşulan beş uşaqlıq yoldaşının taleyindən bəhs edən ekran işində bir çox tanınmış aktyorlar rol alır.

OXŞAR XƏBƏRLƏR