Azərbaycan Dövlət Kukla Teatrı 8 Noyabr – Zəfər Günü münasibətilə növbəti dəfə “Açıq qapı” günü keçirəcək.
Daha.az xəbər verir ki, teatr Vətən müharibəsinin qəhrəman şəhid və qaziləri, eləcə də hərbçilərinin övladlarına həmin gün (saat 16.00) “Yeddi nar çubuğu” tamaşasını təqdim edəcək.
Azərbaycan xalq nağılının motivləri əsasında hazırlanan tamaşanın səhnələşdirmə və mahnı mətnlərinin müəllifi publisist Zülfüqar Rüfətoğludur.
Tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.
Tamaşada obrazları teatrın aparıcı aktyorları – Əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Ramiz Qəmbərov, Yasin Abbasov, Araz Həsənli, Samirə Nəcəfova və Aygül Ağayeva canlandırırlar.




