AKİDocs-un qalibi beynəlxalq proqramda

“Mənim evim” sənədli film layihəsi CHANGE 2025–2026 birgə istehsal (co-production) təlim proqramına seçilib.

Daha.az xəbər verir ki, təlimlər bu ilin noyabrın 8-dən 12-dək, 2026-cı il yanvarın 14-dən 18-dək Moldovada, gələn ilin martında isə Danimarkada təşkil olunacaq.

“Mənim evim” sənədli filmi layihəsi bu il CHANGE proqramına Azərbaycandan seçilən yeganə layihədir. Layihə dram janrında, proses xarakterli müşahidə üslubundadır və hazırda inkişaf mərhələsindədir. Layihənin ssenari müəllifi və rejissoru Ülviyyə Əhmədova, prodüseri Nicat Dadaşov, bəstəkarı Azər Hacıəsgərlidir.

75 dəqiqə xronometrajı nəzərdə tutulan film layihəsi 1989-cu ildə evini tərk etmiş Vəlinin 36 il sonra öz evini və ailəsinin məzarını görmək üçün çıxdığı səyahətdən bəhs edir.

Qeyd edək ki, “Mənim evim” komandası proqram çərçivəsində co-prodakşın təlimləri seriyasında iştirak edəcək.

OXŞAR XƏBƏRLƏR