Misirdə dünyanın ən böyük muzeyi açılıb

Misirdə dünyanın ən böyük muzeyi sayılan “Grand Egyptian Museum” – Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçirilib. 

Daha.az xəbər verir ki, tikintisi 20 ilə yaxın davam edən və 1 milyard dollara başa gələn “Grand Egyptian Museum” Giza piramidalarının yanında (Qahirədən təxminən 20 km məsafədə) yerləşir.

47 hektar (470 min kvadratmetr) sahəni əhatə edən kompleks dünyada bir sivilizasiyaya həsr olunmuş ən böyük muzey məkanı – arxeoloji obyekt hesab olunur. Kompleksə 24 min kvadratmet daimi ekspozisiya sahəsi, uşaq muzeyi, konfrans zalları, təhsil müəssisələri, ticarət zonası və böyük konservasiya mərkəzi daxildir.

Qeyd edək ki, muzeydə Misir sivilizasiyasının müxtəlif dövrlərinə aid eksponatlar – ümumilkdə 50 mindən artefakt toplanıb. Bir çox artefaktlar buraya Qahirədəki Misir Muzeyindən köçürülüb. O cümlədən firon II Ramzesin 3200 il öncəyə aid 83 ton ağırlığında heykəli və piramidaların tikintisində istifadə olunduğu deyilən firon Xeopsun 4500 il tarixi olan qayığı da burada nümayiş etdiriləcək.

OXŞAR XƏBƏRLƏR