Noyabrın 8-də Türkiyə Prezident Simfonik Orkestrinin (CSO) tarixi Ankara salonunda “Yeddi Gözəl”in səsi ilə Zəfər Dastanı” (Zafer destanı Yedi Güzel`in sesiyle) adlı konsert keçiriləcək.
Daha.az xəbər verir ki, bu barədə Azərbaycanın Əməkdar artisti, pianoçu Turan Manafzadə məlumat verib.
Onun sözlərinə görə, “Yeddi Gözəl” qrupunun konsert proqramı 44 günlük Vətən Müharibəsində Azərbaycanın tarixi Zəfərinin ildönümünə həsr olunub.
Qeyd edək ki, Turan Manafzadənin rəhbərlik etdiyi qrupun tərkibinə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Macarıstandan peşəkar qadın musiqiçilər daxildir.




