“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Anlaşma Memorandumu imzalanıb.
Daha.az xəbər verir ki, sənədi QSC-nin sədri Rövşən Məmmədov və Fondun prezidenti Aktotı Raimkulova imzalayıb.
Qeyd edək ki, Memorandumun məqsədi Türk dünyasının mədəni irsinin qorunması, təbliği və bu istiqamətdə birgə informasiya layihələrinin həyata keçirilməsi üçün əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsidir.




