Özbəkistanın paytaxtı Daşkənd şəhərində Özbəkistan Milli Akademik Dram Teatrı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında əməkdaşlıq Memorandumu imzalanıb.
Daha.az xəbər verir ki, memorandumu Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Özbəkistan Milli Akademik Dram Teatrının direktoru, Özbəkistanın Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli sənətkar Yodqar Saqdıyev imzalayıblar.
Qeyd edək ki, 2026-cı ildə iki teatr arasında qarşılıqlı qastrol səfərlərinin təşkili nəzərdə tutulub.




