Dəmiryol Muzeyində yeni fotosərgi

Azərbaycan Dəmiryol Muzeyində “Qara qızılın saldığı dəmir yollar” adlı fotosərginin təqdimat mərasimi keçirilib.

Daha.az xəbər verir ki, tədbirdə Azərbaycanda dəmiryolu nəqliyyatının 145 illik tarixini, eləcə də Qarabağda inşası aparılan yeni xətlərin “Böyük Qayıdış”ın bir parçası olmasını özündə ehtiva edən videoçarx nümayiş olunub.

Tədbir bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, Dəmiryol Muzeyində nümayiş olunan fotosərgi on gündən sonra Sabunçu Dəmiryol Vağzalında da sərgilənəcək.

OXŞAR XƏBƏRLƏR