“Nizami” Kino Mərkəzində IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının açılışı baş tutub.
Daha.az xəbər verir ki, IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalına dünyanın 60-a yaxın ölkəsindən 200-dən çox film üçün müraciət daxil olub. Onların arasından 57 film seçilərək müxtəlif kateqoriyalar üzrə müsabiqə proqramlarına daxil edilib.
Çıxışlardan sonra rejissor Seyran Mahmudoğlunun “Evim” tammetrajlı sənədli filmi nümayiş olunub. Bu il “Divine” (“İlahi”) mövzusunu əsas xətt kimi götürmüş festivalda filmlər “DOKUTAM” -tammetrajlı sənədli film, “DOKUECHO” təbiət haqqında ən yaxşı sənədli film, “DOKUMUSE” musiqi və ritm haqqında ən yaxşı sənədli film, “DOKUBOX” ən yaxşı debüt sənədli filmi, “DOKUKIDS” uşaqlar üçün ən yaxşı sənədli film, “DOKUSHORTS” ən yaxşı beynəlxalq qısa sənədli film bölmələrində yarışacaq. Filmlər həm xarici, həm də yerli kinomütəxəssislər tərəfindən dəyərləndiriləcək.
Qeyd edək ki, münsiflərin arasında AKİ-nin İdarə Heyətinin üzvü Kamran Qasımov, AKİ üzvləri – rejissorlar Əli-Səttar Quliyev, Emin Əfəndiyev və Ruslan Mollayev də var.




