20-ci “Baku Jazz Festival”ı başlayır

Oktyabrın 24-dən 31-dək Azərbaycanın paytaxtında payızın ən parlaq hadisələrindən biri – “Baku Jazz Festival”ı keçiriləcək.

Daha.az xəbər verir ki, bu il festival 20 illik yubileyini qeyd edəcək.

Səkkiz gün ərzində Bakıda dünyanın ən yaxşı caz musiqiçiləri çıxış edəcəklər. Festival çərçivəsində açıq məkanlardan tutmuş kamera salonlara qədər olan bütün məkanlarda konsertlər, sərgilər, cem-sessiyalar, film nümayişləri, ustad dərsləri və seminarlar keçiriləcək. Festivalda, həmçinin Böyük Britaniya və İsveçrənin tanınmış musiqi bloqçuları ilə görüşlər, caz üzrə beynəlxalq ekspertlər ilə müzakirələr paneli keçiriləcək.

Builki festivalda sosial missiyaya xüsusi diqqət yetirilib: bu, sağlamlıq imkanları məhdud olan gənclər üçün ustad dərsləri və konsertlərdir.

Qeyd edək ki, “Baku Jazz Festival”ı 2005-ci ildə tanınmış saksofon ifaçısı və bəstəkar Rain Sultanov tərəfindən yaradılıb.

OXŞAR XƏBƏRLƏR