Qazaxıstanın Kızılorda İncəsənət Mərkəzində “Korkyt Zhane Uly Dala Sazy” (Qorqud və Böyük çölün melodiyaları) beynəlxalq folklor və musiqi festivalının qala-konserti keçirilib.
Daha.az xəbər verir ki, festival vilayət qubernatoru və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə təşkil olunub.
Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistandan tanınmış alimlər, tədqiqatçılar, mədəniyyət və incəsənət xadimləri, ziyalılar, ictimai xadimlər, o cümlədən qazaxıstanlı mütəxəssislər iştirak ediblər.




