“Ədəbiyyat tarixi” hərraca çıxarılır

Türk və dünya ədəbiyyatına aid nadir sənədlər, imzalı məktublar, kitablar, fotolar və əşyalar Pingudu Auksion tərəfindən keçirilən onlayn hərracda satışa çıxarılır.

Daha.az xəbər verir ki, hərracda 750-dən çox kolleksiya əsəri, eləcə də Cahit Sıtkı Tarancının “Yaş otuz beş” kitabı və orijinal düzəlişləri, Camal Sürəyanın 1982-ci ildə yazdığı “Banko” şeiri və bir neçə yazıçıya məxsus imzalı şəkillər mövcuddur.

Hərracda diqqət çəkən digər nümunələr arasında Nazim Hikmətin həbsxanada Pirayə üçün hazırladığı çiçəkli ipək dəsmal, Yaşar Kamalın imzalı məktubları, Sait Faik Abasıyanıkın taxta qələm qutusu və Atatürkün üz qabığında şəkli olan 1923-cü ilə aid “Time” jurnalı da var.

Qeyd edək ki, onlayn hərracda həmçinin, dünya ədəbiyyatından da maraqlı nümunələr təqdim olunur: Volterin 1763-cü ilə aid məktubu, Ernest Heminqueyin imzalı məktubu, eləcə də Oskar Vayld, Jül Vern, Lev Tolstoy, Qabriel Qarsiya Markes və Pablo Nerudaya aid fotoşəkillər sənətsevərlərin marağına səbəb olub.

OXŞAR XƏBƏRLƏR