Yeni kriminal-fantastik layihə: “Qırmızı zona”

“3I Cinema” yeni kriminal-fantastik janrda çoxseriyalı bədii film təqdim etməyə hazırlaşır. 12 bölümdən ibarət serial hər bölüm üçün 45–50 dəqiqəlik ekran vaxtı ilə ATV kanalında tamaşaçılara təqdim olunacaq.

Daha.az xəbər verir ki, serialın rejissoru Elvin Rüstəmzadə, ssenari müəllifi isə Asiman Ağa Rövşəndir. Rollarda Qurban İsmayılov, Yasin Həzirə, Azər Aydəmir, Asiman Ağa Rövşən, İlham Hüseynov, Rauf Şahsuvarov, Rasəf Mehdiyev, Rasimə Abbasova, Mila Bekova, Elvin Əhmədov, Ceyhun Məmmədov, Şamil Süleymanlı, İqrar Salamov çəkilirlər.

Filmin qısa məzmununa görə, müəyyən bir ərazidə naməlum maddi sızıntı baş verir. Ərazi karantinə alınır və tamaşaçılar burada insanların üzləşdiyi gərgin və gözlənilməz hadisələrin şahidi olurlar.

OXŞAR XƏBƏRLƏR