“İnnab ağacı” tamaşasının premyerası olub

Dövlət Kukla Teatrında iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan yeganə azərbaycanlı Həzi Aslanova ithaf olunmuş “İnnab ağacı” tamaşasının premyerası olub.

Daha.az xəbər verir ki, teatrın sifarişi ilə yazılan əsər İkinci Dünya müharibəsində qələbənin 80, Həzi Aslanovun 115 illiyinə ithaf olunub.

Yazıçı-dramaturq Sevinc Nuruqızının eyniadlı pyesi əsasında hazırlanan birhissəli kukla tamaşası “qara kabinet” üslubunda qurulub.

Tamaşanın səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov, quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir.

Musiqi tərtibatlı səhnə əsərində unudulmaz qəhrəmanımızın həyat və döyüş yoluna nəzər salınıb, məktubları və haqqındakı xatirələr əsasında fərqli səhnə işi ərsəyə gətirilib.

Qeyd edək ki, tamaşada qəhrəmanların kukla obrazlarını teatrın aktyorları Rauf Babayev, Lina Məmmədova, Araz Həsənli və İqbal Əliyev yaradıblar.

 

OXŞAR XƏBƏRLƏR