Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş və səfirin iqtisadi məsələlər üzrə müşaviri Fatinə El Fakih Azərbaycan Milli Kitabxanasının qonağı olub.
Daha.az xəbər verir ki, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov görüşdə kitabxananın elmi və mədəni fəaliyyəti, zəngin fondu, həyata keçirdiyi layihələr və əməkdaşlıq əlaqələri haqqında söz açıb, qeyd edib ki, oktyabrın 2-də keçiriləcək XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Mərakeş Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlığa dair memorandum imzalanacaq, həmçinin Azərbaycan Milli Kitabxanasında Mərakeş ədəbiyyatı guşəsi açılacaq.
Qeyd edək ki, direktor qonaqlara Milli Kitabxana və Azərbaycanla bağlı nəşrlər, səfir isə Milli Kitabxanaya Mərakeşin mətbəxinə aid kitabı hədiyyə edib.




