Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalının ikinci günü dahi şairin doğma yurdu Şamaxıda davam edir.
Daha.az xəbər verir ki, ilk dəfə olaraq Nəsimi Bağları Kompleksində keçirilən festival bu ərazinin müxtəlif məkanlarında təşkil olunub. Festivalın ikinci günündə iştirakçılar zəngin mədəni proqram izləyirlər.
Festival tanınmış və sevilən xanəndələr, vokalçılar, qiraətçilərin iştirakı ilə İmadəddin Nəsimi yaradıcılığına həsr olunan bədii proqramla başlayıb.




