Qazaxıstanda növbəti dəfə Baiqonyr beynəlxalq kinofestivalı təşkil olunub. Festivalın münsiflər heyətində Azərbaycan Kinematoqrafçılar İttifaqının Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Afaq Yusifli də var.
Daha.az xəbər verir ki, Festival ərzində hər gün masterklaslar, panel sessiyaları, kitab təqdimatları və müzakirələr keçirilir.
Festivalın “Ən yaxşı tammetrajlı debüt bədii film” kateqoriyasının münsiflər heyətinə Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının sədr müavini, kinotənqidçi Aygün Aslanlı da daxildir.
Qeyd edək ki, festival ərzində hər gün ustad dərsləri, panel sessiyaları, kitab təqdimatları və müzakirələr keçirilir. NETpac münsiflərinin iştirak etdiyi ustad dərslərində Kinotənqidçilər Laboratoriyası təşkil olunub.




