“İblis” yeni təqdimatda

Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalının ilk günü Heydər Əliyev Mərkəzində Hüseyn Cavidin “İblis” əsərinin simfonik orkestr musiqiçilərinin və Azərbaycan Dövlət Pantomim Teatrının iştirakı ilə yeni təqdimatı olub.

Daha.az xəbər verir ki, səhnə əsərinin baş rejissoru, Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcısı və bədii rəhbəri, Xalq artisti Bəxtiyar Xanızadədir.

Qeyd edək ki, “İblis” səhnələşdirilən ilk Azərbaycan poetik dramıdır. Faciə ilk dəfə 1920-ci ildə Sovet Azərbaycanının opera, teatr və səssiz kino aktyoru, kinorejissor Abbas Mirzə Şərifzadə tərəfindən səhnəyə qoyulub. Bu, Azərbaycanın teatr həyatı üçün böyük hadisə olub. Əsər ikinci dəfə 1983-cü ildə Hüseyn Cavidin 100 illik yubileyi münasibətilə SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədov tərəfindən səhnələşdirilib. 2024-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda “İblis”ə üçüncü dəfə səhnə həyatı verilib. Nəsimi festivalı üçün isə tamaşanın yeni təqdimatı hazırlanıb.

 

OXŞAR XƏBƏRLƏR