“Konstitusiya və Suverenlik İli” çərçivəsində Xətai rayonunda rayon icra hakimiyyətinin, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin və “Kəlağayı Ev Muzeyi”nin təşkilatçılığı ilə Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində “II Kəlağayı Festivalı” keçirilib.
Daha.az xəbər verir ki, festival çərçivəsində sərgi ilə tanışlıq, rəsmi açılış mərasimi və rəngarəng konsert proqramı təqdim olunub.
Festival çərçivəsində zəngin sərgi proqramı da təşkil olunub. Tədbir bədi proqramla davam edib.
Qeyd edək ki, kəlağayı 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu tarixi hadisənin 10 illiyi münasibətilə 2024-cü ildə keçirilən I Kəlağayı Festivalı uğurla başlanaraq ənənəvi tədbirə çevrilib.




