Çaldıranda monqol izləri

Türkiyə və Monqolustandan olan arxeoloqlar Vanın Çaldıran rayonunda 1260-cı illərdə Elxani hökmdarı Hülakü xanın inşa etdirdiyi yay sarayının qalıqlarını üzə çıxarmaq üçün arxeoloji qazıntılara başlayıblar.

Daha.az xəbər verir ki, ilkin araşdırmalar zamanı ərazidə təkcə saray deyil, şəhər tipli yaşayış yerinin də olduğu müəyyən edilib. Tapıntılar arasında yalnız Monqolustanda rast gəlinən fiqurlu dam kirəmitləri və çox sayda keramika hissələri yer alır.

Mütəxəssislər bildirib ki, orada, sadəcə, saray yox, şəhər olub və həmin ərazi Elxani memarlığının Anadolu ərazisindəki yeganə nümunəsidir.

Qeyd edək ki, Səlcuq və Elxani memarlığı arasında bir körpü rolunu oynayacaq, çox dəyərli tarixi məlumatlar təqdim edəcək bu layihə həm Türkiyə, həm də Monqolustan hökumətləri tərəfindən dəstəklənir.

OXŞAR XƏBƏRLƏR