Məşhur Avstraliya animasiya serialı “Bluey” bu dəfə film kimi izləyicilərə təqdim olunacaq. Emmi və BAFTA mükafatlı serialın yaradıcısı Co Brumm filmin həm ssenari müəllifi, həm də ikinci rejissoru olacaq.
Daha.az xəbər verir ki, filmin səs aktyorları Melaniye Zanetti, David Makkormek, digər rejissoru isə Riçard Cefferi olacaq.
“Bluey” filmi 6 avqust 2027-ci ildə tamaşaçılara təqdim ediləcək.
Qeyd edək ki, film Blueyin ailəsi – anası, atası və bacısı Binqo ilə birlikdə yaşadığı əyləncəli və öyrədici macəraları ekrana daşıyacaq.




