Azərbaycan Türkiyənin Muğla vilayətində keçirilən 16-cı Yörük Türkmən Festivalında təmsil olunub.
Daha.az xəbər verir ki, bölgənin mədəni həyatında mühüm rol oynayan bu tədbir Muğla Böyükşəhər Bələdiyyəsi, Muğla Valiliyi və bu şəhərdə fəaliyyət göstərən Yörük Türkmən Dərnəyi tərəfindən Menteşe Düzeyn Yaylasında keçirilib.
Festival çərçivəsində bir sıra ölkələrlə yanaşı, Azərbaycan mədəniyyətini özündə əks etdirən xüsusi stend də açılıb.
Qeyd edək ki, festivalın əsas proqramına əl işləri sərgiləri, ənənəvi mətbəx nümunələri, musiqi və rəqs nömrələri, Yörük xalqının ənənəvi həyat tərzinə dair məlumatlandırıcı təqdimatlar daxil edilib.




