Urmiya gölü tamamilə quruyub

İran mediasında yayımlanan peyk görüntülərinə əsasən, demək olar ki, dünyanın ən böyük duzlu göllərindən biri hesab olunan Urmiya gölü tamamilə quruyub.  

Daha.az xəbər verir ki, İranlı rəsmilər daha əvvəl xəbərdarlıq etmişdi ki, əgər quraqlıq problemi həll olunmasa, göl yay fəslinin sonuna qədər tamamilə quruya bilər.

Quraqlıq səbəbilə 2003-cü ildən etibarən su səviyyəsi azalmağa başlayan göl, 2013-cü ildə tamamilə quruma təhlükəsi ilə üz-üzə qalmışdı.

Xatırladaq ki, Tehran hakimiyyəti gölü əvvəlki vəziyyətinə qaytarmaq məqsədilə 6 milyard dollar büdcə ayıraraq ölkənin ən böyük ekoloji layihəsini başladıb. Lakin davam edən quraqlıq bu səylərin nəticə verməsinə imkan verməyib.

Urmiya gölünün quruması əsas dolanışığı kənd təsərrüfatı və maldarlıq olan yerli əhalinin həyatına da mənfi təsir göstərir.

Qeyd edək ki, ölkə daxilində gölün canlandırılması tələbilə arabir etiraz aksiyaları da keçirilmişdi.

OXŞAR XƏBƏRLƏR