“NOMAD PUPPET” adlı I Beynəlxalq Kukla Teatrları Festivalı “Aktau – Türk Dünyasının Mədəniyyət Paytaxtı” layihəsi çərçivəsində sentyabrın 9-dan 14-dək Qazaxıstanın Manqistau vilayətinin Aktau şəhərində keçiriləcək.
Daha.az xəbər verir ki, tədbir Türk Dünyası Mədəniyyət Təşkilatı (TÜRKSOY) və Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin təşkilati dəstəyi ilə baş tutacaq.
Teatrın yaradıcı heyət üzvləri qazax teatrsevərlər və münsiflər heyəti qarşısında tarixi irsimiz, soy kökümüzlə bağlı hazırlanan “Yalquzaq” tamaşasını nümayiş etdirəcəklər.
Qeyd edək ki, festival kukla teatrı üzrə əməkdaşlığın möhkəmləndirilməsi və beynəlxalq əlaqələrin inkişafı, kukla sənətinin təbliği, teatr aləmində yeni adların kəşfi, yaradıcı təcrübə mübadiləsi, eləcə də kukla sənəti rejissor və aktyorlarının peşəkarlıq səviyyəsinin artırılması, birgə yaradıcı layihələrin həyata keçirilməsi və Qazaxıstan kukla teatrı sənətinin beynəlxalq səviyyədə tanıdılması məqsədi daşıyır.