Cim Carmuşun həm rejissoru, həm də ssenaristi olduğu son filmi “Father Mother Sister Brother” Venesiya Film Festivalında böyük maraqla qarşılanıb.
Daha.az xəbər verir ki, premyeradan sonra film 6.5 dəqiqəlik alqışa layiq görülüb.
Bu, rejissorun Venesiyada yarışma üçün seçilən ilk işidir. Film böyük uşaqların valideynləri və digər bacı-qardaşları ilə münasibətlərini üç hekayə vasitəsilə təsvir edir. Hər əhvalat müasir dövrdə və fərqli ölkələrdə cərəyan edir.
Filmin baş rollarını Tom Veys, Adam Drayver, Şarlot Ramplinq və Keyt Blanşett kimi məşhur aktyorlar ifa edib.




