Milyonlarla telefon eyni anda siqnal verəcək

İngiltərə hökuməti 7 sentyabrda ölkə üzrə yeni fövqəladə vəziyyət xəbərdarlıq sistemini test edəcək. Saat 15:00 radələrində 4G və 5G şəbəkəsinə qoşulmuş bütün mobil telefonlar eyni anda, təxminən, 10 saniyə ərzində siqnal verəcək və titrəyəcək.

Daha.az xəbər verir ki, telefon ekranlarında “Bu, sadəcə, testdir” mesajı görünəcək. Məqsəd təbii fəlakətlər və digər fövqəladə hallarda vətəndaşlara saniyələr içində xəbərdarlıq etmək, insan itkisinin qarşısını almaqdır.

Xatırladaq ki, bu xəbərdarlıq sistemi ilk dəfə 2023-cü ildə sınaqdan keçirilmişdi. O vaxt bəzi vətəndaşlar test olduğunu bilmədikləri üçün təşvişə düşmüşdü. Lakin həmin vaxtdan etibarən sistem beş dəfə real vəziyyətlərdə tətbiq olunub.

İstəyən istifadəçilər bu tip siqnalları öz telefonlarında deaktiv edə bilərlər.

Ancaq nəzərə almaq lazımdır ki, bu test qısa müddətli narahatlığa səbəb olsa da, məqsəd təhlükə zamanı milyonlarla insana vaxtında məlumat çatdırmaq və cəmiyyətin hazırlıqlılıq səviyyəsini artırmaqdır.

OXŞAR XƏBƏRLƏR