Sentyabrın 22-30 tarixlərində Türkiyənin İzmir, Aydın, Manisa, İstanbul və Çanaqqala şəhərlərində 3-cü Beynəlxalq Mifoloji Filmlər Festivalı keçiriləcək.
Daha.az xəbər verir ki, “Mifologiya və Qadın” başlığı altında keçiriləcək festivalda beynəlxalq filmlərin nümayişi, qısa film və rəqəmsal oyun müsabiqələri, panellər və müsahibələr təşkil olunacaq.
Festival çərçivəsində keçirilən qısa film müsabiqəsində bu dəfə qadın qəhrəmanlar və mifoloji fiqurlar ön plana çıxacaq. Həmçinin kino dünyasına töhfələr vermiş sənətçilərə “Ülgen” və “Mergen” mükafatları təqdim olunacaq. Tədbirlər boyunca “Balina’nın Bilgisi” (Önder Şengül), “Undine” (Xristian Petzold), “HisTroy” (Ülkü Sönmez), “La Montagne” (Tomas Salvador) kimi filmlər iştirakçıların müzakirəsinə təqdim olunacaq.




