165 milyon illik dinozavr qalıqları tapılıb

Fəs yaxınlığındakı Atlas dağlarında 165 milyon illik zirehli dinozavr qalıqları aşkar edilib.

Daha.az xəbər verir ki, yeni kəşf edilən və spicomellus növünə aid olan bu dinozavr indiyə qədər elmə məlum olan ən qədim ankilozavrdır.

Alimlər onu qabırğaları boyunca altı iti uc, qoruyucu çanaq qalxanı və dörd böyük iti uclu boyun yaxası olduğunu bildirir. Bu tikanların hər biri beyzbol çubuğu uzunluğunda olub 87 santimetrə qədər çata bilir. Tədqiqatçılar dinozavrın quyruğunda ankilozavrların “quyruq ucluğunun” erkən versiyasına işarə edən sübutlar da tapıblar. Bu zirehin təkcə müdafiə yox, həm də digər canlılara qarşı nümayiş məqsədilə istifadə olunduğunu düşünülür.

OXŞAR XƏBƏRLƏR