İngiltərədə 9-cu əsrə aid nadir qızıl artefakt aşkar edib.
Daha.az xəbər verir ki, təxminən, 4 santimetr uzunluğunda olan bu qızıl tapıntının bir ucunda bəzəkli naxış var. Əşyanın dini xarakterli olduğu güman edilir.
Qeyd edək ki, tapıntı Roma imperiyası dövründə York və Edinburq şəhərlərini birləşdirən Dere Street adlı tarixi yolun yaxınlığında aşkarlanıb. Bu yol hazırda avtomobil yolu kimi fəaliyyətini davam etdirir.




