“The Sopranos”un aktyoru dünyasını dəyişdi

Populyar “The Sopranos” serialında Herman “Heş” Rabkin obrazı ilə yadda qalan Cerri Adler 96 yaşında vəfat edib.

Daha.az xəbər verir ki, aktyor yuxuda dünyasını dəyişib.

O, serial ilə məşhurlaşsa da, uzun müddət Brodveydə önəmli işlər görüb. Sənətçi fəaliyyət göstərdiyi illər ərzində Culi Endryus, Ancela Lensböri, Riçard Börton və digər ulduzlarla birlikdə çalışıb.
Adler “Getting Away with Murder”, “The Good Wife”, “Mad About You” kimi filmlərdə rol alıb. 2000-ci illərdə isə “Taller than a Dwarf” adlı tamaşa ilə yenidən Brodveyə qayıdıb.

OXŞAR XƏBƏRLƏR