Hazırda Venesiyada 5-ci mövsümünün çəkilişləri davam edən “Emily in Paris” serialının heyəti ağır itki ilə üzləşib.
Daha.az xəbər verir ki, serialda rejissor köməkçisi vəzifəsində çalışan Dieqo Borella 47 yaşında ürəktutmasından vəfat edib.
Qeyd edək ki, Borellanın halı “Hotel Danieli”dəki çəkiliş hazırlıqları zamanı pisləşib. Serialın təcili yardım heyətinin müdaxilələrinə baxmayaraq, rejissor köməkçisinin həyatını xilas etmək mümkün olmayıb.




