Keçmişin irsi Bəyazid Yazma Əsər Kitabxanasında

İstanbulun mərkəzində yerləşən Bəyazid Yazma Əsər Kitabxanası 42 mindən çox nadir əlyazmanı müasir mühafizə texnologiyaları ilə əsrlərdir yaşadır. Bu zəngin irsin böyük hissəsi artıq rəqəmsal formata keçirilib və dünyanın hər yerindən tədqiqatçılar üçün əlçatan vəziyyətə gətirilib.

Daha.az xəbər verir ki, 1505-ci ildə Sultan II Bəyazid tərəfindən yoxsullara kömək etmək üçün yaradılmış xeyriyyə təşkilatı kimi inşa edilən tarixi bina 1882-ci ildən etibarən dövlətin ilk rəsmi kitabxanası kimi fəaliyyət göstərməyə başlayıb.

Burada saxlanılan əsərlər arasında min ildən çox yaşı olan nüsxələr, müəllif əlyazmaları, dini və elmi mövzuda unikal kitablar mövcuddur.

Nadir əlyazmalar xüsusi temperaturda, xüsusi sistemlə qorunur.

Qeyd edək ki, oxucular bu nadir xəzinə ilə onlayn şəkildə tanış ola bilər.

OXŞAR XƏBƏRLƏR