“Avroviziya 2026” Mahnı Müsabiqəsi Vyanada keçiriləcək
Daha.az xəbər verir ki, Vyana üçüncü dəfə Avroviziyaya ev sahibliyi edəcək. Şəhər daha əvvəl 1967 və 2015-ci illərdə müsabiqəyə ev sahibliyi edib.
Qeyd edə k ki, 70-ci müsabiqənin yarımfinalları mayın 12 və 14-də, finalı isə mayın 16-da keçiriləcək. Bütün şoular “Wiener Stadthalle” arenasında baş tutacaq.




