Hollivud ulduzu Şeron Stoun “Əsas instinkt 2” (“Basic Instinct”) filminin yenidən çəkilməsinə müsbət yanaşmadığını bildirib.
Daha.az xəbər verir ki, aktrisa bu qərarın səbəbini anlamadığını deyib:
“Buyurun çəkin, amma şansa ehtiyacınız olacaq!”
Xəbər verdiyimiz kimi, “Amazon MGM” studiyası 1992-ci ildə nümayiş olunan və ümumi 350 milyon dollardan çox gəlir gətirən erotik trillerin yenidən çəkilişini planlaşdırır.
Qeyd edək ki, “Əsas instinkt”in rejissoru Pol Verhoven, ssenari müəllifi isə Co Esterhaz olub.




