Avroviziya loqosunu yeniləyib

Avroviziya Mahnı Müsabiqəsi 70 illik yubileyi ərəfəsində loqosunu, loqonun yazı şriftlərini dəyişib.

Daha.az xəbər verir ki, yeni loqo “Singing Sans” şrifti ilə işlənib. Yeni dizaynda təqdim olunan 3D “Buqələmun ürək” 70 qatlı struktura malikdir. Bu qatların hər biri müsabiqənin bir ilini təmsil edir və “mədəniyyət, musiqi və hərəkəti mənimsəmə” mənasını daşıyır.

Ancaq yeni loqo sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Çoxu yeni loqonu uğursuz hesab edir.

Qeyd edək ki, yeni dizayn Avropa Yayım İttifaqı (EBU) ilə Britaniyanın dizayn studiyası PALS-ın birgə əməkdaşlığı ilə hazırlanıb.

OXŞAR XƏBƏRLƏR