Norveçdə yazıçılar üçün “Günəş” quraşdırılıb

Norveç höküməti Vestfyord vadisində, cənubi Norveçdə yerləşən Ryukan kəndindəki yazıçılar evinin qarşısında “Günəş” quraşdırıb. 

Daha.az xəbər verir ki, yazıçılar üçün nəzərdə tutulmuş evlərə gün işığı düşmədiyinə görə qarşı tərəfdəki dağın yamacında hər biri 183 kv metr olan üç nəhəng güzgü quraşdırılıb. Gün işığı bu güzgülər vasitəsiylə əks olunaraq həm yazıçı evlərinə, həm də onların sevimli toplaşma məntəqəsi olan şəhər meydana düşür.

Güzgülər uzaqdan pultla idarə edilir və günəşin səmadakı hərəkət trayektoriyasına uyğun proqramlaşdırılıb.

Qeyd edək ki, bu layihə ilk dəfə 1913-cü ildə kəndin əsasını qoyan Sa Ayde tərəfindən təklif edilib.

 

OXŞAR XƏBƏRLƏR