Bosniyanın Tolisa bölgəsində 2000 ildən çox yaşı olan nadir metal külçələr aşkarlanıb.
Daha.az xəbər verir ki, Sava çay yatağından metal külçələr tapılıb. Artefaktlar eramızdan əvvəl I–II əsrlərə aid edilir.
Müəyyən edilib ki, belə külçələrə Avropa muzeylərində — Fransada, Almaniyada, Sloveniya və Xorvatiyada — çox nadir hallarda rast gəlinir.
Qeyd edək ki, Tolisa bölgəsində tapılan bu xəzinə Dəmir dövrünə aid ticarət yollarını, iqtisadi əlaqələri və bölgənin rolunu müəyyən etmək üçün əhəmiyyətli hesab edilir.