Fərid Hüseynin kitabı Şimali Makedoniyada

Şimali Makedoniyada Fərid Hüseynin  kitabının təqdimat mərasimi keçirilib

Daha.az xəbər verir ki, Fərid Hüseynin Şimali Makedoniyada nəşr olunan “Yuxu kimi” («Kako coн») adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib. Kitab təqdimatı Şimali Makedoniyanın Ohrid şəhərinin “Shilla” Mərkəzində baş tutub. Təqdimatda Makedoniyanın tanınmış ziyalıları, qələm adamları, oxucular, o cümlədən dünyanın müxtəlif ölkələrindən Velestova Poeziya Festivalına qatılan şairlər iştirak ediblər.

Tədbirdə Fərid Hüseyn şeirlərini oxuyub və kitabı haqqında ona ünvanlanan suallara cavablandırıb. Eyni zamanda ədəbi gecədə mekedenoyalı tanınmış qiraətçilər gənc şairin şeirlərini səsləndiriblər. Şimali Makedoniyanın «ПНВ Публикации» nəşriyyatında çap olunan kitaba F.Hüseynin 30 şeiri daxil edilib.

Qeyd edək ki, Fərid Hüseyn cari ilin 15-17 avqust tarixlərində Şimali Makedoniyada keçirilən Veleostova Poeziya Festivalında Azərbaycan ədəbiyyatını təmsil edib. Bu nüfuzlu beynəlxalq festivala İrlandiyadan Roşin Kelli, Xorvatiyadan Miroslav Kirin, Reneta Jambreşin Kirin, Rumuniyadan Anisiya Angel, Bolqarıstandan Polli Mikanova, Şimali Makedoniyadan Luzim Xaziri, Andrey Əl-Əsədi, Stefan Kostoski, Mariya Anqelovska, Pavlina Atanasova, İvana Jovanovska, Maya Moysova, Emanyela Kovaçevska Kitanobska, İqor Klımovski, Stefan Mladenovski kimi tanınmış şairlər qatılıblar. Festivalın xüsusi antologiyasında, həm də ingilis və makedon dillərində yayımlanan “Qlaqoli” poeziya jurnalında şairlərin şeirləri dərc olunub.

Festival çərçivəsində Miroslav Kirinin poeziya almanaxının təqdimat mərasimi, Andrey Əl-Əsədin qiraət saatı, “İmago” və “Mosaic” adlı şeir gecələri, Stefan Mledovskinin rəsm sərgisi və İgor Klimovskinin konserti baş tutub.

 

 

 

OXŞAR XƏBƏRLƏR