İspanlara qarşı ucaldılmış Maya qalası kəşf edilib

Lakandon Çol Maya icmasının son sığınacağı olduğu yer Meksikanın cənub-şərqindəki cəngəllikdə müəyyən edilib.

Daha.az xəbər verir ki, qalıqların tapıldığı Sac Balam ərazisində monumental memarlıq, mərasim meydançaları və 17-ci əsrin sonlarına aid qlifik mətnlərlə yazılmış qismən qorunmuş lövhələr mövcuddur.

Mütəxəssislərin fikrincə, bu qala İspan müstəmləkəsinə qarşı ucaldılıb.

Qeyd edək ki,  Maya sivilizasiyası indiki Meksikanın cənubunda, Qvatemalada, Belizdə və Hondurasın bir hissəsində 2000 ildən artıq bir müddətdə mövcud olmuşdur.

 

OXŞAR XƏBƏRLƏR