Şekspirin yasaqlanan soneti tapılıb

Oksford Universiteti İngilis dili və Ədəbiyyatı Fakültəsindən Dr. Leah Veronese Şekspirin 116-cı sonetinin nadir əlyazma-kopyasını kəşf edib.

Daha.az xəbər verir ki, əlyazma XVII əsrə aid şeir antologiyasında“Eşmolian Muzeyi”nin qurusucu və kralpərəst adam olan Elias Eşmolun şəxsi arxivində tapılıb.
Bu kəşf indiyə qədər təsbit edilən  ikinci əlyazma-kopyadır.

Şeir Şekspirin ən məşhur əsərlərindən biri olsa da, öz dövründə çox da diqqəti cəlb etmədiyi düşünülür.
Kəşf edilən versiyanın ən diqqət çəkən tərəfi əsərin İngilis Vətəndaş Müharibə dövründə siyasi məqsədlərlə redaktə olunmasıdır.

Qeyd edək ki, sonet o dövrdə yasaqlanan Yeni il ilahiləri və siyasi həcvlərlə birlikdədir.

OXŞAR XƏBƏRLƏR