Alimlər Avstraliya sahillərində, təxminən, 26 milyon il əvvəl dənizdə ovlanan kəskin dişli bir balina növü kəşf ediblər.
Daha.az xəbər verir ki, sahildə tapılmçış fosil “Viktoriya Muzey”inə bağışlanılıb.
Təxminən, iki metr uzunluğunda olan balina fosili kəllə sümüyündən bəzi parçalar, qulaq sümükləri və dişləriylə bu günə qədər tapılmış, ən yaxşı qorunmuş nəsli kəsilən balina ailəsinə mənsub örnəklərdən biri sayılır.
Tədqiqatda bu balina növünün, təxminən, 26 milyon il əvvəl yaşadığı deyilir.




