UNESCO Dünya Mirası siyahısında olan Ani Örən Yerindən, təxminən, 1000 illik günəş saatı tapılıb.
Daha.az xəbər verir ki, 23 mədəniyyətə ev sahibliyi edən; məscid, kilsə, kafedral kimi dini məkanlarla yanaşı, tarixi tikililər və mədəni xəzinələri özündə birləşdirən Ani Qafqazdan Anadoluya ilk giriş qapısı olmasıyla xüsusi əhəmiyyətə malikdir.
Böyük hamam bölgəsində aparılan qazıntılarda tapılan günəş saatı, muzeydə ilk dəfə 15 gün əvvəl nümayiş olunmağa başlanıb.
Qeyd edək ki, Ani Örən Yerindəki qazıntılarda çıxarılan əsərlər Qars Arxeologiya və Etnoqrafiya Muzeyi tərəfindən təşkil edilmiş “100+2 müddətli Muzey sərgiləri proyekti” çərçivəsində sərgilənir.




