“Ağalı” tammetrajlı bədii filminin çəkilişləri başlayıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə “Ağalı” tammetrajlı bədii filminin çəkilişləri başlayıb.

Daha.az xəbər verir ki, “Karvan Production”ın istehsal etdiyi film İctimai Televiziya və Rental Azerbaycan şirkətinin təşkilati dəstəyi ilə çəkilir.

Filmin quruluşçu rejissorları Xəyyam Abdullazadə, Elməddin Alıyev, ssenari müəllifi Ülviyyə Heydərova, quruluşçu operatoru Vasif Vəlizadə, quruluşçu rəssamı Turan Yusifova, qrim üzrə rəssamı Adilə Alıyevadır.

Qeyd edək ki, filmdə baş rollarda Güşvər Ağayeva və Yaqut Paşazadə çəkilirlər.

OXŞAR XƏBƏRLƏR