Süni intellekt “Dünyanın ən yaxşı parfümü”nü yaradıb

İnnopolis Universitetinin tələbələri 40 min ətir birləşməsinin təhlili və istifadəçi qiymətləndirilməsi əsasında parfüm yaradan neyroşəbəkə işləyib hazırlayıblar. Onların sözlərinə görə, əksər insanlarda emosional reaksiya doğura bilən universal məhsul alınıb.

Daha.az xəbər verir ki, İnnopolis Universitetinin tələbələri tərəfindən təsis edilmiş “AI Spirit” layihəsi süni intellekt vasitəsi ilə yaradılmış “sinqulyar ətir”in ilk versiyası olan “SD-1” (Synthetic Dream) parfümünü təqdim edib. Neyroşəbəkə onun cəlbediciliyinin universal formulunu tapmaq üçün dünyanın 40 min ən məşhur ətrinin strukturunu və istifadəçi rəylərini təhlil edib.

Ətrin yaradılmasında peşəkar ətriyyatçı Veronika Yamilova iştirak edib.

Parfüm notlarına iris, jasmin, çəhrayı bibər və tuberoza daxildir.

“SD-1” hələlik otaq spreyi kimi mövcuddur. Komanda məhsulun sertifikatlaşdırılmasına başlayıb və onu məhdud sayda buraxmağı planlaşdırır. Gələcəkdə “AI Spirit” brendlərin sifarişi ilə ətirlər hazırlamaq və hətta hər bir istifadəçi üçün fərdi olaraq parfüm seçmək istəyir.

OXŞAR XƏBƏRLƏR