Antonio Solarionun 1973-cü ildə oğurlanan “Məryəm və uşaq” əsəri tapılıb.
Daha.az xəbər verir ki, 16-cı əsrə aid əsər İngiltərədə – De Dozsa aid malikanədədir.
Hazırda İngiltərədəki dul qadınla İtaliyadakı muzey arasında mülkiyyət mübarizəsi gedir.
Qeyd edək ki, De Dozsa əsəri qaytarmamaqda iddialıdır. O, 1980-ci ildə qəbul edilmiş Məhdudiyyət Aktına istinad edir.
Sözügedən qanunda qeyd edilir ki, oğurlanmış məhsul alan şəxsin satınalmadan sonrakı altı il müddətində oğurluğu isbat edilməzsə, o, məhsulun qanuni sahibi kimi tanınır.




