Netfliksin yeni layihələrinin və hesabatlarının təqdim olunduğu tədbirdə platformanın baş icraçı direktoru Ted Sarandos bir çox maraqlı açıqlamalar verib.
Həmçinin Sarandos Netflix tarixində ilk dəfə süni intellekt texnologiyasından istifadə edilməsi xəbərlərini də təsdiqləyib.
Belə ki, Argentina istehsalı olan “Eternavt” (2025) serialında vizual effektlərin yaradılması süni intellektin köməyi ilə həyata keçirilib.
Daha.az xəbər verir ki, Sarandos bunun sayəsində kiçik büdcəli filmlərdə də mürəkkəb vizual effektlərin yaradılmasının asanlaşdığını izah edib.
“Artıq bu həm daha az xərclə, həm də sürətli başa gəlir. Məsələn, adı çəkilən serialda Buenos-Ayresdə binanın çökməsi səhnəsinin ərsəyə gəlməsi süni intellekt sayəsində 10 dəfə daha az vaxt aparıb və nəticə hər kəsi razı salıb.”
Qeyd edək ki, “Eternavt” Hektor C. Osterheld və Fransisko Solano Lopesin 1957-ci ildə nəşr olunmuş eyni adlı komiksi əsasında çəkilən elmi fantastika serialıdır.




